Sionist rejimə məxsus PUA Qəzzənin şimalında vurulub
İyul 14, 2021 19:41 Asia/Baku
Media mənbələri sionist rejim ordusunun bir pilotsuz təyyarəsinin Qəzzə zolağının şimalında fələstinli gənclər tərəfindən vurulduğunu bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Qəzzənin şimalındakı "Tubas"ın cənubunda yerləşən "Əl-Fareə" düşərgəsinin fələstinli gəncləri sionist rejimə məxsus bir PUA-nı vurublar.
Sionist rejim ordusu bir bəyanatda Qərb sahilinin şimalında PUA-larından birini itirdiyini rəsmən təsdiqləyib, amma bu pilotsuzun texniki problemlər səbəbindən Tubas bölgəsində qəzaya uğradığını iddia edib.
Fələstinli mənbələr dünən də Qəzzə zolağının şimalında sionist rejimin vurulmuş PUA-sının tapıldığını bildiriblər.