Həbsdə olan səudiyyə şahzadəsi ölümün bir addımlığındadır
İyul 14, 2021 19:46 Asia/Baku
Səudiyyə Ərəbistanının hazırkı vliəhdi Məhəmməd Bin Salmanın göstərişi ilə həbs edilən sabiq vliəhdin vəziyyəti ağırdır və hər an onun ölüm xəbəri yayıla bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Bin Nayef 2015-ci ilin yanvar ayından 2017-ci ilin yanvar ayına qədər Səudiyyə Əərbistanının vliəhdi idi ki, səud kralı Salman Bin Əbdül-Əzizin fərmanı ilə kənarlaşdırıldı və onun yerinə Məhəmməd Bin Salman gəldi.
Bin Nayef 2020-ci il martın 5-də əmisi Əhməd Bin Əbdül-Əzizlə birlikdə xəyanət ittihamı ilə həbs edildi.