ABŞ-ın Ərbildəki hərbi bazasına hücum təşkil edilib
İraqlı müqavimət qrupu, Ərbil şəhərindəki ABŞ hərbi bazasına döyüş pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,"Liva Əl-Sairin" adlı müqavimət qrupu informasiya portalında bir bəyanat yayaraq, ABŞ-ın Ərbil şəhərindəki Əl-Hərir bazasına hücumun məsuliyyətini üzərinə götürüb.
"Liva Əl-Sairin" briqadasının bəyanatında bunlar qeyd edilib:"İraq Kürdüstanındakı Ərbil şəhərindəki Əl-Hərir bazasını, qorxaq ABŞ işğalçılarının, casuslarının və muzdlularının sığındıqları yerləri hədəfə almaq üçün əməliyyat həyata keçiririk".
Məlumata əsasən, cümə (23 iyul) günü səhər saat 2-də döyüş PUA-sı ilə həyata keçirilən bu hücumda ABŞ hərbçilərinin təchizatlarına ziyan dəyib.
İraqdakı Ərbil hava limanındakı ABŞ bazası bundan əvvəl dəfələrlə iraqlı müqavimət qrupları tərəfindən raket və PUA hücumlarının hədəfinə çevrilib.