Avq 09, 2021 15:10 Asia/Baku
  • Minlərlə yəmənli blokadanın davam etməsi və qiymət artımına qarşı etiraz aksiyası keçirib

Minlərlə yəmənli, Yəmənin altı illik mühasirəsinin davam etməsini qınamaq məqsədilə aksiya keçirərək, bu siyasətə qarşı öz hiddətlərini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Yəmənin altı illik mühasirəsinin davam etməsini, həmçinin təcavüzkarlar və onlara bağlı muzlular tərəfindən həyata keçirilən bu ölkə xalqına aclıq vemə siyasətini qınamaq məqsədilə minlərlə yəmənli aksiya keçirərək, bu siyasətə qarşı öz hiddətlərini nümayiş etdiriblər. 

Etirazçıların biri deyib: "Yəmənə qarşı aparılan iqtisadi müharibə hərbi müharibədən heç də az deyil. Onlar aclıq və blokada siyasətindən Yəmən xalqına qarşı bir vasitə kimi istifadə edirlər və təzyiq göstərərkən, danışıqlara da çağırırlar, beynəlxalq qanunlar bu hərəkətlərə icazə vermir".

Yəmənlilər bilirlər ki, təcavüzkarların nəzarətində olan keçidlər vasitəsilə idxal olunan malların rüsumlarının 100 faiz artırılması, qiymətləri daha da artıracaq və nəticədə yaşayış şəraitini pisləşdirəcək, bu səbəbdən Yəmən Ali Siyasi Şurası mühasirədə olan Əl-Hüdeydə limanı vasitəsilə zəruri malların idxal edilməsinin vacibliyini vurğulayır. 

Təcavüzkarların bu hərəkətləri Yəmənə qarşı təcavüzkarlıq halqasını təkmilləşdirmək və yəmənlilərin problem və əzablarını artırmaq məqsədi daşıyır.

Xalq etirazları yalnız Səna ilə məhdudlaşmır və cənub və mərkəzdəki bir çox şəhərlər də muzdluların hakimiyyətinə qarşı etirazların şahididir. Bu ərazilərdə təməl xidmətlərin olmaması, yəmənlilərin, muzdlular tərəfindən kollektiv cəzaya məruz qalması deməkdir ki, bu da təcavüzkarların və muzdluların acizliyini göstərir.

Teqlər