İmam Hüseyn(ə) hərəminin günbəzinə qara bayraq vurulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i379915-İmam_hüseyn(ə)_hərəminin_günbəzinə_qara_bayraq_vurulub
Məhərrəmulhəram ayının ilk gecəsində Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə) və Həzrət Əbəlfəzl Əl-Abbas(ə)-ın ziyarətgahlarının bayraqlarının dəyişdirilməsi mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 10, 2021 09:12 Asia/Baku
  • İmam Hüseyn(ə) hərəminin günbəzinə qara bayraq vurulub

Məhərrəmulhəram ayının ilk gecəsində Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə) və Həzrət Əbəlfəzl Əl-Abbas(ə)-ın ziyarətgahlarının bayraqlarının dəyişdirilməsi mərasimi keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Şəhidlər Ağası və sərkərdəsi Həzrət İmam Hüseyn(ə) və onun vəfalı qardaşı Həzrət Əbəlfəzl Əl-Abbas(ə)-ın ziyarətgahlarının bayraqlarının dəyişdirilməsi mərasimi dünən gecə pak hərəmlərin səhnləri və ətrafında, minlərlə Hüseyni əzadarının iştirakı ilə keçirilib.

Bu tədbir hər il məhərrəmulhəram ayının ilk gecəsində keçirilir və məhərrəm ayının matəm bayrağı səfər ayının sonunadək qırmızı bayrağın yerini tutacaq.