Sionist rejim bəzi ticarət mallarının Qəzzəyə idxal lisenziyasını ləğv edib
Bir fələstinli komitə bildirib ki, sionist rejim bəzi ticarət mallarının "Kərəm Əbu-Salim" keçidi vasitəsilə Qəzzə zolağından və bu zolağa ixracı və idxalına mane olub.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin keçidlər idarəsinin tabeliyində olan ticarət mallarının koordinasiyası komitəsi bu gün bir bəyanatda bildirib ki, sionist tərəf otuz dörd növ elektrik ləvazimatı və onların təchizatlarının "Kərəm Əbu-Salim" keçidi vasitəsilə idxalı üzrə lisenziyanı ləğv edib.
Həmçinin bu qəsbkar rejim Qəzzə zolağından taxta əl işləri sənayesi məhsullarının ixracını əngəlləyib.
Mayın onunda son savaşın başlanması ilə sionist rejim "Kərəm Əbu-Salim" keçidini tam şəkildə bağladı və atəşkəsdən sonra onu yenidən açsa da, ixracat və idxalat prosesinə kəskin məhdudiyyətlər tətbiq etdi ki, bu da ümumiyyətlə məişət və səhiyyə şəraitinin ağırlaşmasına səbəb oldu.