Livanın şimalında tankerin partlaması nəticəsində 20 nəfər ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i380103-livanın_şimalında_tankerin_partlaması_nəticəsində_20_nəfər_ölüb
Livanlı mənbələr bu ölkənin şimalında tankerin partlaması nəticəsində 27 nəfərin ölməsi və yaralanmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2021 07:03 Asia/Baku
  • tankerin partlaması
    tankerin partlaması

Livanlı mənbələr bu ölkənin şimalında tankerin partlaması nəticəsində 27 nəfərin ölməsi və yaralanmasından xəbər veriblər.

 SəhərAzəri-nin məlumatına əsasən, Livan Qızıl Xaç Komitəsi bildirib ki, şənbə günü gecə bu ölkənin şimalındakı Əkar bölgəsində yerləşən Əltəlil qəsəbəsində yanacaq daşıyan bir tanker partlayıb. Nəticədə 20 nəfər ölüb, yeddi nəfər isə yaralanıb.

Hələ bu hadisə barədə artıq təfərrüat verilməyib.

Livan bu ölkədəki siyasi və iqtisadi böhranın ardınca yanacaq çatışmazlığı böhranı ilə üzləşir və Livan rəsmiləri bu ölkənin elektrik stansiyalarında yanacaq çatışmazlığına görə, geniş sönüklərin baş verməsi ehtimalı haqda xəbərdarlıq ediblər.