Yəmən nefti səud muzdurları tərəfindən talan edilir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i380380-yəmən_nefti_səud_muzdurları_tərəfindən_talan_edilir
Yəmən Ali Siyasi Şurasının sədri deyib ki, təcavüzkar səud koalisiyası Yəmən nefti və qazının səksən beş faizindən çoxunu qarət etməklə bu ölkənin cənubundakı qəsb olunmuş bölgələrin sakinlərinin məişətini çətinləşdiribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2021 14:23 Asia/Baku
  • Yəmən
    Yəmən

Yəmən Ali Siyasi Şurasının sədri deyib ki, təcavüzkar səud koalisiyası Yəmən nefti və qazının səksən beş faizindən çoxunu qarət etməklə bu ölkənin cənubundakı qəsb olunmuş bölgələrin sakinlərinin məişətini çətinləşdiribdir.

SəhərAzəri-nin məlumatına əsasən, Məhdi Əl-Məşat Yəmən milli qurtuluş dövlətinin baş naziri Əbdüləziz bin Saleh Həbtur ilə görüşdə bu ölkənin səud-amerikan koalisiyası tərəfindən hərtərəfli sanksiyası şəraitində vətəndaşlara xidmətlərin göstərilməsi və onların problemlərinin azaldılmasında dövlətin fəaliyyət səviyyəsini araşdırıb.

«Amerika başda olmaqla təcavüzkar ölkələr Yəmənə qarşı sanksiyaları kəskinləşdirmək, dərman preparatları, qida maddələri və neft daşıyan gəmiləri saxlamaq və iqtisadi savaş aparmaqla Yəmən xalqının əzabını artırmaq istəyirlər.»-deyə, Əlməşat bildirib.

Yəmən Ali Siyasi Şurasının sədri deyib ki, milli pulu hədəfə almaq, gömrük və neft məmulatlarının qiymətlərini artırmaq üzrə son vaxtlar görülmüş özbaşına tədbilər, iqtisadi müharibə istiqamətində həyata keçirilir və bütün Yəmən övladlarını hədəfə alıbdır.