Sen 08, 2021 20:37 Asia/Baku
  • 7 milyon sionistin məlumatları hakerlər tərəfindən oğurlanıb

İvrit dilli xəbər mənbələri bildiriblər ki, bir qrup haker yeddi milyona yaxın sionistin məlumatlarını oğurlayaraq, iddialarını sübut etmək üçün onların bir hissəsini nəşr ediblər.

SəhərAzəri-nin verdiyi məlumata görə, İvrit dilində dərc edilən "Yedioth Ahronoth" qəzetinin məlumatına əsasən, özlərini "Sang Kancil" adlandıran bir qrup haker yerli rəsmilərin məlumat portalına girərək, 7 milyon sionistin məlumatlarını hakk edə biliblər.

Məlumata əsasən, bu qrup iddiaları sübut etmək üçün şəxsiyyət vəsiqələri, sürücülük vəsiqələri və vergi hesabları da daxil olmaqla sionistlərin bəzi sənədlərini İnternetdə yayıblar. 

Bundan əvvəl də media mənbələri ABŞ nazirliklərinə, həmçinin sionist rejim şirkətlərinə edilən kiber hücumlardan xəbər vermişdilər, hansı ki, bu hücumlarda sionist rejimin "Ben Gurion" ‌ universiteti hədəfə alınmışdı.

İsrail rejimi səlahiyyətliləri hər dəfə əlavə məlumat verməkdən imtina ediblər.

Teqlər