İran tankerləri Livanı sanksiya edənləri ifşa etdi
Livan müqavimət fraksiyası İran tankerlərini Livanın sanksiya edilməsinə ümid bəsləyən kəslərin simasının ifşa olunması amili adlandırıb.
SəhərAzəri-nin verdiyi məlumata görə, Livan parlamentindəki müqavimət fraksiyası Beyrutun maraqları əleyhinə olan məsələ qarşısında müqavimətin vacibliyini vurğulayıb və İran İslam Respublikası tankerlərinin Livana doğru hərəkətini əcnəbilərin hökmranlığından xilas olmaq istiqamətində müqavimətin əzmkarlığının nişanəsi adlandırıb.
Bu barədəki bəyanatda deyilir ki, fəal hökumətin iştirakı olmadan Livandakı hazırkı şəraitin davam etməsi livanlıların maraqlarına qarşı olmaqla bərabər, inkişaf fürsətlərinin zəiflədilməsi deməkdir və belə bir şəraitdə Livanın düşmənləri öz iradələrini bu ölkəyə qəbul etdirmək üçün daha artıq fürsət yaradırlar.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah iranlı tankerlərin Livana doğru hərəkətinin Livanın sanksiyası üzərində sərmayə qoymuş və buna ümid bəsləmiş kəslərin ifşasına səbəb olduğunu bildirib.
Bəyanatda sonra deyilir ki, Seyid Həsən Nəsrullahın İrandan yanacağın satın alınmasına israr etməsi Livan xalqına yardım etmək,/ bu ölkə xalqının təhqir edilməsinə və iqtisadi sanksiyasının davam etməsinə mane olmaq istiqamətindədir. Bu üzdən, amerikalılar Livan Hizbullahı baş katibinin xəbərindən sonra sürətlə bu ölkəyə yanacağın çatdırılması üzrə qədim layihələrin icrasının sorağına getdi və Livana qarşı öz sanksiyalarını pozmağa səy etdilər.