Sen 20, 2021 15:12 Asia/Baku
  • Yəmənin talanının arxasında ABŞ və İngiltərə dayanır

Yəmən Ali Siyasi Şurasının sədri etdiyi çıxışında, ölkəsinə qarşı təcavüzlər davam etdiyi müddətcə bütün variantların gündəmdə olduğunu və hər hansı bir gözlənilməz hadisənin baş verməsinin mümkün olduğunu söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Yəmən Ali Siyasi Şurasının sədri Mehdi Əl-Məşat 21 sentyabr inqilabının 7-ci ildünümü münasibətilə bu ölkənin Əl-Məsirə telekanalına verdiyi müsahibədə deyib: "21 Sentyabr inqilabı böyük bir Yəmən inqilabıdır və onun üzərində qəyyumluq yoxdur. Təcavüzkar koalisiya bu inqilabı zəiflətməyə və parçalamağa çalışdı, amma bu gün o qədər güclənib ki, düşmən təsəvvür edə bilməz".

O, əlavə edib: "Yəmənə təcavüzün arxasında ABŞ dayanır və təcavüzkar koalisiyaya üzv olan ərəb ölkələri təkcə icraçi vasitələrdirlər". 

Mehdi Əl-Məşat sözlərinin davamında deyib: "BMT-nin konkret bir rolu vardır, hansı ki, müstəmləkəçi ölkələr tərəfindən müəyyən edilib, bu rollardan biri də Yəmənə qarşı təcavüzün davam etməsini ört-basdır etməkdir".

"Səudiyyə rejimi Yəmən xalqının qanına nə qədər daha çox batarsa, ondan çıxmaq bir o qədər çətin olacaq", deyə Yəmən Ali Siyasi Şurasının sədri qeyd edib. 

O, Ərəb və İslam bölgəsinin azadlığını, ləyaqətini və sərvətini hədəf almaqda ABŞ və İngiltərənin roluna toxunaraq, sərvətlərin talanının arxasında ABŞ və İngiltərənin oğru hökumətlərinin olduğunu söyləyib. 

Teqlər