Sionist rejim "Homs"a hücumla bağlı susqunluğunu qoruyur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i381926-sionist_rejim_homs_a_hücumla_bağlı_susqunluğunu_qoruyur
Sionist rejim ordusu Suriyanın "Homs" vilayətinə etdiyi hücumlarla bağlı yayılan məlumatlar haqda cavab verməkdən imtina edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2021 17:51 Asia/Baku
  • Sionist rejim

Sionist rejim ordusu Suriyanın "Homs" vilayətinə etdiyi hücumlarla bağlı yayılan məlumatlar haqda cavab verməkdən imtina edir.

SəhərAzəri-nin məlumatına əsasən, Media mənbələri dünən gecə sionist rejimin Homs vilayətinin şərqində yerləşən T4 hərbi aviabazasına raket hücumundan və 6 suriyalı əsgərin yaralanmasından xəbər veriblər. 

"SANA" xəbər agentliyinin məlumatına görə, Suriyanın "Homs" vilayətinə raket hücumlarından sonra sionist rejimin Müharibə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi bununla bağlı açıqlama verməkdən imtina edib. 

Sionist rejim ordusunun mətbuat xidmətinin nümayəndələrindən biri bu xəbərə reaksiyada iddia edib ki, İsrail ordusunun mətbuat xidməti xarici mediaların xəbərləri haqda şərh vermirlər. 

Qeyd edək ki, Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri İsrail rejiminin T4 hərbi aviabazasına atdığı raketlərin çoxunu məhv etməyi bacarıb.