Okt 25, 2021 14:18 Asia/Baku
  • Sionistlər
    Sionistlər

Sionist rejim hərbçiləri işğal olunmuş Qüdsə basqın edərək, 7 fələstinlini heç bir ittiham irəli sürmədən həbs ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, "Fələstin Əl-Youm"un məlumatına görə, sionist hərbçilər bu gün səhər saatlarında işğal olunmuş Qüdsə hücum edərək, fələstinlilərlə toqquşublar. 

Bu hücumda, işğalçı hərbçilər Fələstin vətəndaşlarını döyərək, onlardan 7-ni heç bir ittiham irəli sürmədən həbs edib, naməlum məkana köçürüblər. 

Qeyd edək ki, 1948-ci ildə işğal edilmiş ərazilərdə sionist hərbçilərlə Fələstin vətəndaşları arasındakı toqquşmalar son həftələrdə daha da şiddətlənib və sionist rejim işğal edilmiş ərazilərin sakinlərinin misilsiz qiyamından narahatdır.

Bu kritik vəziyyət sionist rejimin təhlükəsizlik xidmətlərini ilk dəfə olaraq, polis qüvvələrinin iştirakı ilə şəhər üsyanlarına qarşı təlim keçirməyə məcbur edib.

Altı ay əvvəl Qəzzəyə qarşı 12 günlük müharibədən sonra, 1948-ci ildə işğal olunmuş ərazilər, Qəzzə zolağında yaşayan fələstinlilərə dəstək olaraq xalq üsyanlarının şahidi olub. İndi də sionist rejimin təhlükəsizlik orqanları bu torpaqlarda üsyanın yenidən canlanma ehtimalını istisna etmirlər.

Teqlər