Oktyabrda 400 fələstinli həbs olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i382798-oktyabrda_400_fələstinli_həbs_olunub
Fələstin əsirləri üzrə araşdırma mərkəzi cari ilin oktyabr ayında sionist hərbçilər tərəfindən 400 fələstinlinin həbs olunduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2021 10:13 Asia/Baku
  •  Fələstin əsirləri
    Fələstin əsirləri

Fələstin əsirləri üzrə araşdırma mərkəzi cari ilin oktyabr ayında sionist hərbçilər tərəfindən 400 fələstinlinin həbs olunduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,  Fələstin əsirləri üzrə araşdırma mərkəzi bildirib ki, ən çox həbs olunanlar, qəsb olunmuş Qüdsə aiddir. Belə ki, oktyabr ayında bu şəhərdə sionist rejim tərəfindən 140 fələstinli həbs olunub. Qüdsdən sonra Əlxəlil şəhəri 55 həbslə ən çox həbsedilmə göstəricisinə malikdir.

Oktyabr ayında həbs edilən tanınmış fələstinlilərdən biri, Fələstin Ali İslami Heyətinin sədri və Məscidüləqsa-nın xitabətçisi Şeyx Əkrəm Əlsəbridir. O, sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs, sonra isə azad edilibdir.

Hal-hazırda sionist rejim məhbəslərində, 180 nəfəri uşaq olmaqla, dörd min 650 fələstinli əsir saxlanılır.

Fələstin əsirləri üzrə araşdırma mərkəzi həmçinin bildirib ki, sionist rejim başçıları oktyabr ayında fələstinlilərə qarşı doxsan halda yeni inzibati həbs hökmü veriblər.

Qəsbkar rejimin məhbəslərində təqribən 540 fələstinli əsir inzibati həbsdədir. Onlar özlərinə qarşı ittihamlardan və azad ediləcəkləri gündən xəbərsizdirlər.