Fars körfəzində məğlubiyyət; Super güc olma iddiaçısı üçün böyük rüsvayçılıqdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i382884-fars_körfəzində_məğlubiyyət_super_güc_olma_iddiaçısı_üçün_böyük_rüsvayçılıqdır
Fələstin xalqının İslam İnqilabına Dəstək Verən Komitəsinin sədri deyib: "ABŞ-ın Fars körfəzində məğlubiyyəti, super güc olmaq iddiaçısı üçün böyük rüsvayçılıqdır".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2021 16:12 Asia/Baku
  • Fars körfəzində məğlubiyyət; Super güc olma iddiaçısı üçün böyük rüsvayçılıqdır

Fələstin xalqının İslam İnqilabına Dəstək Verən Komitəsinin sədri deyib: "ABŞ-ın Fars körfəzində məğlubiyyəti, super güc olmaq iddiaçısı üçün böyük rüsvayçılıqdır".

SəhərAzəri-nin məlumatına əsasən, Ayətullah Məhəmməd Həsən Əxtəri İran İslam Respublikasının ABŞ-ı qüdrətlə diz çökdürdüyünə işarə edərək deyib: "Bu gün Amerika və dünya təkəbbürlüləri ilə mübarizə ingilis, fransız və ərəbcədə və hər yerdə "İmperializm" ilə mübarizə termini olaraq, daxil olmuşdur və bütün millətlər bu sahədə mərhum imamın şagirdləri və yetirmələridirlər". 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın qəhrəman igidlərinin Oman dənizində vaxtlı və qüdrətli tədbiri nəticəsində ABŞ-ın hərbi gəmisinin İran tankerinin neftini oğurlamaq əməliyyatı uğursuz qalıb.

Sepah-ın dəniz qüvvələri, həmçinin tankerin göyərtəsi üzərində "heliborn" əməliyyatı həyata keçirərək, onu ələ keçirib, İran sularına doğru istiqamətləndiriblər.