Həmas fələstinli gəncin şəhadətinə reaksiya verib
-
Həmas
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas sionistlərin işğal olunmuş Qüdsdə bir fələstinlini şəhid etmək üzrə son cinayətini pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Həmas-ın sözçüsü Məhəmməd Həmadə bu gün bir bəyanatda sionisltərin Məhəmməd Şövkət Səliməni şəhid etmələrini bir cinayətkar hərəkət adlandırıb. Deyib ki, sionistlər müdafiəsiz fələstinlilərə qarşı cinayət törətməklə bir daha öz vəhşi xislətlərini nümayiş etdirdilər.
Həmas təəssüflə bildirib ki, sionist rejim fələstinlilərə qarşı cinayət törətməyi kulminasiya nöqtəsinə çatdırıb.
Fələstinli mənbələr bildiriblər ki, bir fələstinli gənc şənbə günü işğal olunmuş Qüdsdə yerləşən Babuləmud bölgəsində sionist rejim hərbçilərinin atəşləri nəticəsində şəhid olub.
Sionist rejim hərbçiləri həmçinin gözyaşardıcı qazla fələstinlilərə basqın ediblər.