Dek 10, 2021 17:24 Asia/Baku
  • İordaniya xalqı
    İordaniya xalqı

İordaniyanın müxtəlif şəhərlərinin sakinləri sionist rejimlə əlaqələrin adiləşdirilməsinə etiraz olaraq, bir daha küçələrə çıxıb və Fələstin müqavimətinə öz dəstəklərini elan ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İordaniyanın paytaxtı Əmmanın sakinlərindən yüzlərlə nəfər də bu ölkənin digər sakinləri kimi cümə namazından sonra Əl-Hüseyni məscidinin önündə aksiyaya başlayıb.

Bu aksiya öncəki aksiyalar kimi sionist rejimlə əlaqələrin adiləşdirilməsinə və bu rejimlə “elektrik qarşılığında su” razılaşmasının imzalanmasına etiraz olaraq keçirilib.

Şüarlar verən etirazçılar vurğulayıblar ki, sionist qəsbkarlarla münasibətlərin hər hansı formada adiləşdirilməsini rədd edirlər və razılaşmanın qüvvədən düşəcəyi zamanadək öz etirazlarını davam etdirəcəklər.

İordaniya xalqı ötən həftələr ərzində də sionist rejimlə əlaqələrin adiləşdirilməsinə etiraz olaraq bir neçə dəfə küçələrə çıxıbdır.

Teqlər