Fələstin sionist qəsəbəsalmaların dayandırılmasını istəyib
-
Fələstin xarici işlər nazirliyi
Fələstin xarici işlər nazirliyi sionist rejimin qəsb olunmuş Fələstin ərazilərində və Suriyanın qəsb olunmuş Cövlan yüksəkliklərində sionist qəsəbəsalmalarının dayandırılması üçün çəkindirici tədbirlərin görülməsini istəyib.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin xarici işlər nazirliyi dünən gecə bir bəyanatda dünya ictimaiyyətinin sionist rejimin cinayətləri qarşısındakı tədbirlərini yetərsiz adlandırıb. Bildirib ki, bu reaksiyalar sionist rejimi Fələstin ərazilərini oğurlamağı və onlarda sionist qəsəbəsalmaları dayandırmağa vadar etmək üçün real beynəlxalq addılmlarla nəticələnməlidir.
Bu fələstinli orqan həmçinin sionist qəsəbə sakinlərinin və onların terrorçu təşkilatlarının İordaniya dərəsindəki su bölgəsinə hökmranlıqlarını və bu bölgədə Fələstin xalqının məskunlaşmasına qarşı aşkar savaşa təbir edilən qəsəbəsalma əməliyyatlarının başlanmasını pisləyib.
Fələstin xarici işlər nazirliyi sionist rejimin baş nazirinin Suriyanın qəsb olunmuş Cövlan yüksəkliklərində iki yeni qəsəbənin salınması və Suriyanın bu bölgəsində mövcud olan qəsəbəsalmalar mərkəzinin inkişaf etdirilməsi ilə sionist qəsəbəsalmaların genişləndirilməsi üzrə planlarını pisləyib.
Sionist rejimin işğal olunmuş Qüdsün cənubunda yerləşən «Beyt-Səfafa» qəsəbəsinin ətrafında «Cifəəat Həşakid» adında yeni qəsəbənin salınması üçün yeni qəsəbəsalma layihəsini təqdim etdiyini bildirən bu fələstinli orqan qeyd edib ki, sionist rejim Qüds şəhərinin müxtəlif nöqtələrində fələstinlilərin mənzillərini dağıtmaq və onun sakinlərini didərgin salmağı gücləndiribdir.
Sionist rejimin cinayəti və sionist qəsəbəsalmalarının nəticələri haqda xəbərdarlıq edən Fələstin xarici işlər nazirliyi vurğulayıb ki, sülhün bərqərarı üçün yeganə yol, müstəqil Fələstin ölkəsinin təşkilidir.
Sionist rejimin Haarets qəzeti bildirib ki, bu rejimin baş naziri Naftali Benet «əhalinin artımını çoxaltmaq» şüarı ilə Suriyanın qəsb olunmuş Cövlan yüksəkliklərində iki qəsəbənin inşasını sürətləndirmək üçün ekologiya tərəfdarı olan qruplardan heç bir müxalifət görmədən, geniş ixtiyarlarla sionist rejim parlamenti- knessetin nümayəndərlərinin iştirakı olmadan bir planlaşdırma və tikinti komitəsi yaratmağa çalışır.