Dek 19, 2021 14:03 Asia/Baku
  • Əlcəzair futbol komandası
    Əlcəzair futbol komandası

Əlcəzairin milli futbol komandası ilk ərəb kuboku yarışlarında çempion olmağa müvəffəq olub və öz kubokunu Fələstin xalqına təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən,  Əlcəzair futbol komandasının məşqçisi Məcid Buqərrə deyib ki, bu kuboku Fələstin xalqına və özünün Qəzzədəki əhalisinə təqdim edir.

Belə bir halda, yarış boyu Fələstin məsələsilə həmrəylik ifadə edən Tunis və Əlcəzairin azarkeşləri Fələstin naminə şüarlar veriblər. Azarkeşlər Tunis və Əlcəzairin bayraqlarının kənarında Fələstin bayrağını da dalğalandırıblar.

Bununla bağlı, Fələstin Həmas hərəkatının yüksək vəzifəli üzvü Sami Əbu Zuhri Əlcəzair prezidenti Əbdülməcid Təbbun-un Fələstinə dəstək istiqamətindəki son sözlərinə reaksiyada deyibdir ki, Həmas Əbdülməcid Təbbun-un Fələstinə dəstək istiqamətindəki mövqeyini fəxr mənbəyi hesab edir.

Əbu Zuhri vurğulayıbdır ki, Təbbunun sözləri Əlcəzairin əslliyini göstərir, zira hamının Fələstin məsələsinə dəstəyin Əlcəzairin xarici siyasətinin sabit prinsiplərindən biri olduğunu bilməsinə səbəb oldu.

 

Teqlər