Səud koalisiyasının qırıcıları 74 dəfə Yəməni bombalayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i384805-səud_koalisiyasının_qırıcıları_74_dəfə_yəməni_bombalayıblar
İnformasiya mənbələri bildiriblər ki, səud koalisiyasının qırıcıları ötən saatlar ərzində yetmiş dörd dəfə Yəməni bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2022 09:27 Asia/Baku
  • Yəməni bombalayıblar
    Yəməni bombalayıblar

İnformasiya mənbələri bildiriblər ki, səud koalisiyasının qırıcıları ötən saatlar ərzində yetmiş dörd dəfə Yəməni bombalayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Səud koalisiyasının qırıcı-bombardmançı təyyarələri ötən sutka ərzində Şəbva əyalətində yerləşən Usəylan və Bəyhan rayonlarını qırx altı dəfə bombalayıblar.

Səud koalisiyasının qırıcıları həmçinin 27 dəfə Mərib əyalətində yerləşən Əlvadi, Əlcubəh və Sirvah rayonlarını, bir dəfə də Nəcran rayonunu hədəfə alıblar.

Yəmənli hərbi mənbələr də xəbər veriblər ki, səud koalisiyasının tabeliyində olan qüvvələr ötən sutka ərzində Əlhudəydə əyalətində,/ iddia edilən atəşkəsi 148 dəfə pozublar.

Digər tərəfdən, səud koalisiyası iddia edib ki. Yəmənin ordusu və xalq komitələri qüvvələrinin Ərəbistan ərazisinə qarşı PUA hücumunu dəf edə bilibdir.