Yan 10, 2022 21:49 Asia/Baku
  • Neftali Bennet
    Neftali Bennet

Media mənbələri sionist rejimin baş nazirinin İrana qarşı sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqlarına müdaxiləçi açıqlamalarını dərc ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sputnik-in məlumatına görə, Neftali Bennet verdiyi açıqlamada iddia edib ki, bu rejim İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlarda əldə edilən heç bir razılaşmaya sadiq qalmayacaq.  

Bennet Vyana danışıqları ilə bağlı narahatlığını ifadə edərək, deyib: Sionist rejim danışıqların bir hissəsi olmadığı üçün onun şərtlərinə əməl etməyəcək və hər yerdə və istənilən vaxt, heç bir məhdudiyyət olmadan tam fəaliyyət azadlığından istifadə etməyə davam edəcək.

Sionist rejim başçıların ritorika və iddiaları yeni deyil və keçmişdə də istər İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlar olsun istərsə də 2015-ci ildə əldə edilmış Əhatəli Müştərək Təşəbbüs Proqramı adlı müqavilə olsun müxtəlif üsullardan istifadə edərək,  onların həyata keçirilməsinə mane olmağa çalışıblar. İndi də sionist rejim Vyanada sanksiyaların ləğvi ilə bağlı davam edən danışıqların qarşısını almaq üçün heç bir cəhddən çəkinmir.

Teqlər