Təcavüzkar səud koalisiyası Sənanı yenidən bombalayıb
Təcavüzkar səud koalisiyasının qırıcıları çərşənbə axşamı gecə Yəmənin paytaxtı Səna şəhərini yenidən bombalayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Əl-Məsirə telekanalının məlumatına görə, təcavüzkar səud koalisiyasının qırıcıları ən azı beş dəfə Səna hava limanını hədəfə alıblar.
Hücum fonunda Yəmənin paytaxtında bir neçə güclü partlayış səsi eşidilib.
Bazar ertəsi gecə də Sanada bir neçə bölgə hədəfə alınıb.
Təcavüzkar səud koalisiyası son həftələrdə Yəmənin müxtəlif əyalətlərində yaşayış massivlərini dəfələrlə bombalayıb.
Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə qarşı hərbi təcavüzə başlayıb və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndə müharibəyə başlaması indiyədək yüz minlərlə yəmənlinin ölümünə və yaralanmasına, 4 milyon nəfərin isə didərgin düşməsinə səbəb olub.