Yan 31, 2022 14:53 Asia/Baku
  • Bəhreynin sionist rejimlə kəşfiyyat
    Bəhreynin sionist rejimlə kəşfiyyat

Bəzi mənbələr Bəhreynin sionist rejimlə təhlükəsizlik sahəsində əməkdaşlığını genişləndirməsi və Manamanın Təl-Əvivin kəşfiyyat xidmətlərinin texnoloji imkanlarından istifadə etmək cəhdləri barədə məlumat veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, "Intelligence Online" informasiya portalının məlumatına görə, Bəhreyn kralı Həməd bin İsa Ali Xəlifə ölkəsinin kəşfiyyat orqanlarına ikitərəfli sülh sazişi çərçivəsində İsrail rejiminin kəşfiyyat xidmətləri ilə əməkdaşlığı gücləndirmək və genişləndirmək barədə göstəriş verib.

Portal bildirib ki, Əhməd Bin Əbdüləziz Ali Xəlifənin rəhbərlik etdiyi Bəhreyn Strateji Təhlükəsizlik Agentliyi İsrailin Mossad və Şabak kəşfiyyat xidmətləri ilə birbaşa əməkdaşlıq etmək üçün rəsmi mandat alıb. 

Məlumata əsasən, Bəhreyn kəşfiyyatçılarına təlim keçmək üçün İsrail rejiminin kəşfiyyat zabitlərindən bir qrupu bu ölkəyə səfər edəcək. 

Bu elə bir haldadır ki, yanvarın 14-də Bəhreynin daxili işlər naziri Raşid Bin Abdullah Ali Xəlifə sionist rejimin daxili təhlükəsizlik naziri Omer Bar-Lev ilə görüşüb və Təl-Əvivin kəşfiyyat xidmətləri ilə əməkdaşlığın artırılmasını müzakirə edib. 

Bəhreynlilər həmçinin PUA-ların izlənilməsi və vurulması üçün istifadə edilən İsrailin "Sky Locke" müdafiə sistemini almağa can atırlar və İsrail tərəfinə Hermes taktiki pilotsuz təyyarələrin alınması üçün müraciət edib.

Məlumatlı mənbələrin bildirdiyinə görə, sionist rejim zabitləri tərəfindən təhlükəsizlik təliminə gəldikdə, burada adətən insanların işgəncə və istintaq edilməsi ilə bağlı təlimlər nəzərdə tutulur; Hansı ki, sionist rejimin kəşfiyyat xidmətləri bu sahədə xüsusi bacarığa malikdirlər. 

Teqlər