Yan 31, 2022 17:32 Asia/Baku
  • Yəhya Səri
    Yəhya Səri

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu ölkə ordusunun Birləşmiş Ərəb Əmirliklərinin dərinliklərində keçirilən genişmiqyaslı "Yəmən Fırtınası-3" əməliyyatının təfərrüatlarını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, "İRNA" xəbər agentliyinin məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri verdiyi açıqlamada, bildirib ki, bu əməliyyatda Əmirliyin paytaxtı Əbu Dabidəki mühüm və həyatı əhəmiyyətli obyektlər bir neçə "Zülfüqar" ballistik raketləri ilə hədəfə alınıb, Dubaydakı həssas və həyati mövqelərə isə, bir neçə "Səmad-3" döyüş PUA-ları ilə hücum edilib. 

Səri əlavə edib: "Əmirliyin kiçik hökuməti sionist rejimin kuklası kimi Əbu-Dabi və Dubayda Yəmən xalqına qarşı təcavüzünü davam etdirdiyi müddətcə etibarsız olacaq". 

Yəmən Silahlı Qüvvələrinin sözmüsü növbəti mərhələdə Yəmən hücumlarına qarşı həssas olduqlarına görə Əmirlik vətəndaşları və xarici şirkətlərə ölkənin həyati mərkəzlərindən uzaq durmaları ilə bağlı xəbərdarlıq edərək, düşmənin təcavüzlərini cavabsız qoymayacaqlarını bildirib.

Qeyd edək ki, Yəmən Silahlı Qüvvələri ötən həftə ərzində "Yəmən Fırtınası-1" və "Yəmən Fırtınası-2" əməliyyatlarında Əbu-Dabi və Dubayı raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.

Teqlər