Fev 02, 2022 19:37 Asia/Baku
  • Expo
    Expo

Ərəb dünyasının sənətçiləri və şəxsiyyətləri sionistlərin iştirakına etiraz olaraq, Birləşmiş Ərəb Əmirliklərinin “Expo” sərgisini boykot edirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Regional şəxsiyyətlərin bəzi ərəb ölkələri ilə sionist rejim arasında münasibətlərin normallaşmasına etirazların davamında və bu rejimin bir sıra başçılarının Dubay şəhərində keçirilən "Expo" sərgisində iştirakı səbəbindən fələstinli qadın sənətçi Dəlal Əbu Amənə və küveytli ixtiraçı qadın Cənan Əl-Şahab bu sərgidə iştirakı və fəaliyyəti boykot ediblər. 

Dəlal Əbu Amənə bu haqda deyib: ""Dubai Ekspo" sərgisi Fələstin xalqının emosiyaları və hüquqlarını gözardı edən bir sərgidir".

Küveytli qadın mühəndis və ixtiraçı "Cənan Əl-Şahab" da Expo sərgisinin İnstaqram səhifəsində sionist rejimin bayrağının şəklinin dərc olunmasına etiraz olaraq, Expo sərgisini boykot edib.

Bazar günü (30 yanvar) sionis rejimin başçısı İshaq Hersoq ilk dəfə olaraq, bir nümayəndə heyətinin müşayiəti ilə Dubaya daxil olub və Expo sərgisinin keçirildiyi məkanda Əbu-Dabinin Vəliəhdi və BƏƏ-nin vitse-prezidenti ilə görüşüb. 

Teqlər