BƏƏ ilə sionist rejim arasında təhlükəsizlik ixtilafları davam edir
Sionist rejimin daxili təhlükəsizlik orqanı- ŞABAK-ın hava yolları bölməsi əmirliiklər istiqamətinə xarici uçuşların sayının azalmasından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Media mənbələri bir neçə gün bundan öncə ŞABAK ilə Dubayın təhlükəsizlik başçıları arasında uçuşların təhlükəsizlik protokolları barədəki ixtilafların həll edilməməsinin ardınca əmirliklərlə sionist rejim arasındakı aviareyslərin dayandırılmasından xəbər vermişdilər.
İxtilafların davam etməsinin ardınca sionist rejimin aviaşirkətləri bildiriblər ki, gələn həftənin əvvəlindən Dubaya uçuşlarını dayandıracaqlar.
ŞABAK-ın bu haqdakı xəbərdarlığına görə, Dubaya uçuş proqramlarının pozulması o deməkdir ki, uçuş bileti almış on minlərlə sionistin Dubaya səfər üzrə xahişi cavabsız qalacaq.
Sionist rejimin aviaşirkətlərinin direktorları bu rejimin baş naziri Naftali Benetdən məsələyə qarışmasını istəyiblər.
Əmirliklər 2020-ci ilin sentyabrında sionist rejimlə əlaqələrin adiləşdirilməsi barədə razılaşma imzalayıbdır ki, bu da bir çox ölkənin müxalifəti və etirazı ilə üzləşibdir.