Fev 24, 2022 20:16 Asia/Baku
  • Şeyx Cərrahdan
    Şeyx Cərrahdan

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü Fələstin xalqının müqavimətinə görə, sionistlərin Qüdsün Şeyx Cərrah məhəlləsindən geri çəkilmələrindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, İşğal olunmuş Qüdsdə yerləşən Şeyx Cərrah məhəlləsi son günlər qəsbkar sionist hərbçilərin və sionist qəsəbə sakinlərinin geniş hücumlarının şahididir.

Bu məhəllədə yaşayan onlarla fələstinli ailə sionist rejim tərəfindən icbari köçürülmə təhlükəsilə üzləşir.

Həmas-ın sözçüsü Məhəmməd Həmadə deyib ki, Fələstin xalqının Qüdsdəki müqaviməti, əzmi və iradəsi,/ sionist rejimin İbrahim Salimin evinin boşaldılması və Şeyx Cərrah məhəlləsi sakinlərinin ixrac olunmaları üzrə səyinə qalib gəldi və Təl-Əvivi özünün bu qərarını təxirə salmağa məcbur etdi.

Həmadə əlavə edib: İşğal olunmuş Qüdsün Şeyx Cərrah məhəlləsində baş verən hadisələrdən sonra sionist rejim Fələstin ərazilərində döyüşlərin formalaşması və başlanmasından qorxur.

Həmas-ın sözçüsü vurğulayıb ki, Qüdsü işğal etmiş rejim Şeyx Cərrah məhəlləsində iştirakın ona baha başa gələcəyini başa düşdükdən sonra öz qərarından geri çəkildi.

İşğal olunmuş Qüdsün şərqində yerləşən Şeyx Cərrah məhəlləsi 1967-ci ildən bəri Qüdsün əhali quruluşunu dəyişmək və onun islami mahiyyətini əlindən almaq istiqamətində sionist rejimin mühüm hədəfi olubdur.

 

Teqlər