Beytləhmdə 15 fələstinli sionist hərbçilər tərəfindən saxlanılıb
-
Sionist rejim hərbçilər
Sionist rejim hərbçilərin İordan çayının qərb sahilindəki Beytləhm bölgəsinə hücum edərək, 15 fələstinlini həbs ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim hərbçilərin İordan çayının qərb sahilindəki Beytləhm bölgəsinə hücum fonunda Fələstin vətəndaşları ilə onlar arasında şiddətli toqquşmalar baş verib. Şahidlər 15 fələstinlinin sionistlər tərəfindən saxlanıldığını bildiriblər.
Ötən gün, həmçinin iki gənc fələstinli də İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsində sionist hərbçilərin atşaçması nəticəsində şəhid olublar.
18 yaşlı fələstinli bir gənc də çərşənbə axşamı səhər Cenin düşərgəsində sionist hərbçilər tərəfindən güllələnərək, şəhid edilib.
Fələstin müqavimət qrupları İsrail rejiminin İordan çayının qərb sahilindəki son vəhşiliklərinə cavab olaraq, bəyan ediblər ki, "hərtərəfli və silahlı müqavimət" sionist düşmən qarşısında yeganə çəkindirici variantdır.