Yəmənin benzin daşıyan gəmisi saxlanılıb
Yəmən neft şirkətinin sözçüsü bildirib ki, bu ölkə üçün fövqəladə benzin daşıyan bir gəmi səud koalisiyasının təcavüzkarları tərəfindən saxlanılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Əsam Əlmütəvəkkil deyib ki, təcavüzkar səud koalisiyasının dəniz qüvvələri benzin daşıyan «Qeysər» gəmisinin Yəmənin Əlhudəydə limanına daxil olmasına mane olublar.
Əlmütəvəkkil söyləyib: Saxlanılmış gəmi BMT təftişindən keçmiş və Yəmənə giriş üzrə beynəlxalq lisenziya almışdı.
Yəmən neft şirkətinin sözçüsü səudiyyə-amerikan-əmirliklər koalisiyasının Yəmən xalqının ağrı-acılarını dərinləşdirmək məqsədilə bu ölkənin yanacaq böhranını şiddətləndirmək üzrə qərarına işarə ilə deyib: Yəmən bu gün, ötən yeddi ildə mühasirə və təcavüzün başlandığı zamandan bəri ən şiddətli net məhsulları böhranının şahididir.
Əlmütəvəkkil vurğulayıb: Bu günlər vətəndaşların avtomobillərinin Yəmənin müxtəlif vilayətlərində yerləşən yanacaq məkanları qarşısındakı növbələri üç kilometri ötüb keçibdir.
Təcavüzkar səud koalisiyası dəfələrlə Yəmənin yanacaq, qida maddələri və tibb ləvazimatları daşıyan gəmilərini saxlayıbdır.