Mart 07, 2022 15:03 Asia/Baku
  • Sionist hərbçilər
    Sionist hərbçilər

Sionist hərbçilər bazar günü işğal olunmuş Qüdsdə bir fələstinli yeniyetməni güllələyərək, şəhid ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin Səhiyyə Nazirliyi 16 yaşlı Yamən Nafiz Cəfalın işğal altındakı Qüdsün Əbu-Deys qəsəbəsində sionist rejim hərbçiləri tərəfindən güllələnərək, şəhid edildiyini açıqlayıb.

Fələstin mənbələrinin məlumatına görə, sionistlərin Əbu-Deysə hücumundan sonra onlarla fələstinlilər arasında şiddətli toqquşmalar baş verib.

Xəbərdə daha sonra deyilir ki, sionist rejim əsgərləri Yamən Nafiz Cəfalı xilas etmək üçün gələn təcili yardım maşınına gözyaşardıcı qaz atıb və onun xəstəxanaya çatdırılmasına mane olubla və nəhayət bu fələstinli yeniyetmə aldığı ağır yaralar və şiddətli qanaxma səbəbindən şəhid olub. 

Bir müddət əvvəl Fələstin İslami Cihad Hərəkatı HƏMAS-ın sözçüsü Tariq İzzəddin işğalçı sionist rejimin cinayətlərini pisləyərək, sionistlərin gec-tez öz əməllərinin bədəlini ödəyəcəklərini vurğulayıb.

Teqlər