Mart 10, 2022 13:09 Asia/Baku
  • Fələstinlilərin evləri
    Fələstinlilərin evləri

Qərb sahilində fələstinlilərin müqavimət əməliyyatlarının şiddətlənəcəyi və gərginlik və əmin-amansızlığın artacağından qorxuya düşən sionist rejim fələstinlilərin evlərinin uçurulmasını hələlik olaraq dayandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Qərb sahilində müqavimət əməliyyatlarının artmasının ardınca sionist rejim başçıları mübarək ramazan ayı ərəfəsində gərginliklərin şiddətlənməsi ehtimalından nigarançılıq ediblər.

Ötən günlərdə fələstinli gənclərin keçirdikləri bir neçə şəhadətsevər əməliyyatda bir qrup sionist yaralanıb.

Sionist rejimin polisi rəisi Kubi Şebtay dünən gecə göstəriş verib ki, işğal olunmuş Şərqi Qüdsdə və Əlnəqəbdə fələstinlilərin evlərinin uçurulması və boşaldılması əməliyyatı hələlik olaraq, dayandırılsın.

Şebtay bildirib ki, bu addım, qəsb edilmiş ərazilərdə əmin-amansızlığın və gərginliyin şiddətlənməsinin qarşısının alınması üçün atılır.

Bundan qabaq sionist rejimin daxili işlər naziri Omer Barlio da xəbərdarlıq etmişdi ki, fələstinlilərin müqavimət əməliyyatları başqa hücumların başlayıcısı ola bilər.

 

Teqlər