Ənsarullah-ın Ərəbistanda geniş əməliyyatı
Mart 11, 2022 19:25 Asia/Baku
Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkə ordusu qüvvələrinin yəmənli mülkilərə qarşı gündəlik təcavüzlərə cavab olaraq, Ərəbistanın mərkəzinə qarşı PUA hücumunun detallarını açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Yəhya Sərii bildirib ki, Yəmən silahlı qüvvələri bu əməliyyat zamanı doqquz pilotsuzla Ərəbistandakı həssas nöqtələri hədəfə alıblar.
Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin deyib ki, «Aramko» şirkətinin Ərriyadda yerləşən neftayırma zavodu «Səmad-3» tipli üç ədəd PUA İlə hədəfə alınıb.