Yəmənlilərin səudlara qarşı geniş hava əməliyyatı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i387119-yəmənlilərin_səudlara_qarşı_geniş_hava_əməliyyatı
Təcavüzkar səud koalisiyasının sözçüsü yəmənli qüvvələrin hava əməliyyatlarında Ərəbistanın cənubundakı müxtəlif nöqtələrin hədəfə alınmalarından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2022 09:46 Asia/Baku
  • Yəmənlilərin səudlara qarşı geniş hava əməliyyatı

Təcavüzkar səud koalisiyasının sözçüsü yəmənli qüvvələrin hava əməliyyatlarında Ərəbistanın cənubundakı müxtəlif nöqtələrin hədəfə alınmalarından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, ərəb mediaları bu gün səhər saatlarında kamikadze PUA-ları, kruz və ballistik raketlərdən təşkil olunmuş Yəmən silahlı qüvvələrinin təcavüzkar səud koalisiyasına qarşı geniş əməliyyatlarından xəbər veriblər.

Əl-Ərəbiyyə telekanalı öncə təcavüzkar səud koalisiyasının sözçüsünə istinadla bildiribdir ki, yəmənli qüvvələr tərəfindən Həmis Muşait şəhərinə tərəf bir ədəd kamikadze PUA-sı buraxılıb.

Əlcəzirə telekanalının məlumatına görə isə Cazanda yerləşən Aramko obyekti və əl-Şəqiqdə yerləşən içməli su təsisatları yəmənli qüvvələrin hədəfinə tuş gəliblər.

Az sonra Əl-Ərəbiyyə telekanalı səud koalisiyasına istinadla xəbər veribdir ki, yəmənli qüvvələr tərəfindən bir ədəd ballistik raket Cazan istiqamətinə atılıb.

Təcavüzkar koalisiya bir bəyanatda bildiribdir ki, husilər PUA-lar, kruz və ballistik raketlərdən istifadə etməklə döyüşləri genişləndirməkdədirlər.