Sionist rejim raket xəbərdarlıq sistemindən istifadə edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i387237-sionist_rejim_raket_xəbərdarlıq_sistemindən_istifadə_edir
İbridilli medialar sionist rejimin İranın raket və PUA hücumlarından nigaran olduğuna görə, yeni raket xəbərdarlıq sistemindən istifadə etmək qərarından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2022 08:14 Asia/Baku
  • Sionist rejim raket xəbərdarlıq sistemindən istifadə edir

İbridilli medialar sionist rejimin İranın raket və PUA hücumlarından nigaran olduğuna görə, yeni raket xəbərdarlıq sistemindən istifadə etmək qərarından xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim ordusu bir mərasimdə «səma şehi» adlı bu sistemi öz hava qüvvələrinə əlavə edib.

Bu sistemdən İran PUA-ları və kruz raketləri kimi modern hava təhdidlərini aşkar və bu haqda xəbərdarlıq etmək üçün istifadə olunacaq.

Bundan öncə İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general Səlami,/ daima öz hesablamalarında yanılıb, zərbələr altına düşən sionistlərə xəbərdarlıq etmiş və bildirmişdi ki; əgər düşmən hadisələrdən ibrət almazsa, bizim zərbələrimizin acı tamını dadacaqlar.

İbri mənbələri çərşənbə axşamı günü elan etdilər ki, sionist rejim İran və Livan Hizbullahı tərəfindən olan nigarançılığına görə, bir plan təsdiq etməklə öz hava hücumundan müdafiə sistemlərini qəsb olunmuş Fələsinin Suriya ilə olan şimal sərhədlərində gücləndirmək niyyətindədir.