Yəməndə atəşkəs pozuldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i387568-yəməndə_atəşkəs_pozuldu
Təcavüzkar səud qüvvələri dünən gecə Yəmənin Səədə əyalətinin Şədaa rayonundakı bəzi məhəllələri artilleriya və raket atəşlərinə tutublar; nəticədə üç mülki həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2022 06:31 Asia/Baku
  • Yəməndə atəşkəs pozuldu

Təcavüzkar səud qüvvələri dünən gecə Yəmənin Səədə əyalətinin Şədaa rayonundakı bəzi məhəllələri artilleriya və raket atəşlərinə tutublar; nəticədə üç mülki həyatını itirib.

SəhərAzəri-nin məlumatına əsasən, Qeyd edək ki, bu hücumlardan öncə BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirmişdi ki, Yəməndə iki ay müddətinə atəşkəs şənbə günü saat 19-dan başlanacaq və bütün hava, quru və dəniz hərbi-hücum əməliyyatları dayandırılacaq.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii dünən axşam saatlarında atəşkəsin icra olunmasına reaksiyada tvitter-də belə yazdı: Qarşı tərəfin sadiq qalacağı təqdirdə, biz də hərbi əməliyyatların tam şəkildə dayandırılmasına sadiq qalacağıq.