Səud koalisiyası Maribə qarşı raket hücumu keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i388372-səud_koalisiyası_maribə_qarşı_raket_hücumu_keçirib
Hərbi mənbələr səud koalisiyasının Yəmənin Marib əyalətində bu ölkənin ordusuna və xalq komitələrinə qarşı raket və artileriya hücumundan xəbər veriblər.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 24, 2022 05:56 Asia/Baku
  • Səud koalisiyası Maribə qarşı raket hücumu keçirib

Hərbi mənbələr səud koalisiyasının Yəmənin Marib əyalətində bu ölkənin ordusuna və xalq komitələrinə qarşı raket və artileriya hücumundan xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Səud koalisiyası dünən gecə bir daha Yəməndə ikiaylıq müvəqqəti atəşkəsi pozmaqla bu ölkənin ordusu və xalq komitələrinin mövqelərini raket və artileriya atəşlərinə tutub.

Təcavüzkar koalisiya həmçinin Yəmənin ordusu və xalq komitələrinin Səədənin Əlməlahi və Əlmədafin rayonlarındakı mövqelərini atəşə tutub.

Bir yəmənli hərbi mənbə bildirib ki, təcavüzkar koalisiya ötən sutka ərzində Yəməndə insani və hərbi atəşkəsi doxsan iki dəfə pozub.

BMT-nin bildirdiyinə görə, Yəmən dünyada ən pis insani böhrana düçar olub. Hal-hazırda Yəmənin iyirmi doqquz milyon nəfərlik əhalisinin səksən faizi yaşayışını davam etdirmək üçün yardıma ehtiyac duyur.