Nəsrullah: "Sionist rejimi tərəfindən istənilən axmaqlığa dərhal cavab verəcəyik"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i388615-nəsrullah_sionist_rejimi_tərəfindən_istənilən_axmaqlığa_dərhal_cavab_verəcəyik
Livan Hizbullahının baş katibi bu ölkə seçkilərinin İsrail rejiminin hər hansı bir hücumuna reaksiya verməyə mane olmayacağını bəyan edərək, İsrail rejiminin istənilən hücumuna bir anda cavab verəcəklərini bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 30, 2022 07:11 Asia/Baku
  • Nəsrullah:

Livan Hizbullahının baş katibi bu ölkə seçkilərinin İsrail rejiminin hər hansı bir hücumuna reaksiya verməyə mane olmayacağını bəyan edərək, İsrail rejiminin istənilən hücumuna bir anda cavab verəcəklərini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah Ümumdünya Düqs Günü münasibətilə etdiyi çıxışında deyib: "Livanda Müqavimət tam hazırdır və yüksək hazırlıq vəziyyətindədir və sionist rejimin hər hansı axmaq hərəkəti Müqavimətin dərhal və birbaşa reaksiyası ilə üzləşəcək".

Nəsrullah Fələstinin unudulmadığını bildirərək, deyib: "Fələstin məsələsi dinimizin, inancımızın və ləyaqətimizin bir hissəsidir". 

Livan Hizbullahının baş katibi sionist rejimlə əlaqələrin normallaşdırılması prosesinə qarşı mübarizənin vacibliyini vurğulayıb və deyib: " "Bu günlərdə şahidi olduğumuz ən böyük ikiüzlülük odur ki, Fars Körfəzi ölkələri Fələstin xalqının xeyrinə olduğu üçün İsraillə münasibətləri nəzərdən keçirdiklərini iddia edirlər".

Nəsrullah vurğulayıb: "Bir gün Qüdsdə namaz qılacağıq. Sionistlər və düşmənlər bu günü çox uzaqda, biz isə bunu çox yaxında görürük".