Səud koalisiyası Yəməndə atəşkəsi 124 dəfə pozub
Səud koalisiyası ötən sutka ərzində Yəməndə atəşkəsi yüz iyirmi dörd dəfə pozub.
SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi təqribən dörd həftə bundan qabaq bu ölkədə atəşkəsin bərqərar edildiyini bildirmişdi.
Daha öncə Yəmən Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam bir tvittdə bu ölkədə atəşkəs barədəki razılaşmanın pozulmasında səud koalisiyasının tam şəkildə məsuliyyət daşıdığını bildirmişdi.
Əbdüssalam bu tvittdə yazmışdı: Atəşkəsin ilk ayı razılaşmanın ən mühüm bəndində, yəni Səna Beynəlxalq Hava Limanının yenidən açılmasında heç bir irəliləyiş baş vermədən başa çatmaq üzrədir.
Təcavüzkar qüvvələr və onların muzdluları ötən sutka ərzində Yəməndə humanitar və hərbi atəşkəsi yüz iyirmi dörd dəfə pozublar.
Səud koalisiyasının kəşfiyyat təyyarələri Yəmənin Marib, Həccə, Əlcuf, Səadə və Təiz əyalətləri üzərində uçuşlar keçiriblər.
Səud koalisiyasının artilleriyası da Əlhudəydə əyalətindəki əraziləri hədəf alıbdır.