May 19, 2022 11:27 Asia/Baku
  • Nəsrullah: Parlamentdə çoxluğu əldə edən yoxdur

Hizbullah lideri Livanda parlament seçkilərinin nəticələrinə münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Livan Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah ötən günkü çıxışında deyib: “Bu seçkilərin nəticələrinə əsasən parlamentdə çoxluğu əldə edən yoxdur. Kimsə bunu iddia edə bilməz. Livan üçün belə daha yaxşıdır.”

Çıxışının bir hissəsində Livanda parlament seçkilərinin nəticələrinə münasibət bildirən Hizbullah lideri burada heç bir cinahın əksəriyyəti əldə edə bilmədiyini deyib və kimsənin belə bir iddia etmək iqtidarında olmadığını vurğulayıb. O bildirib ki, hərəkat və onun müttəfiqləri bu seçkilərdən güclü çıxıblar.

Seyid Həsən Nəsrullah seçkilərə qatılanlar, hərəkata və onunla müttəfiqlərə səs verənlərə təşəkkür edib. O bildirib ki, bu seçkilərdə tərəfdarların aktivliyi müqavimət hərəkatına və onun silahına müsbət rəy deməkdir.

Teqlər