Səud koalisiyası Yəməndə atəşkəsi 134 dəfə pozub
Yəməndəki hərbi bir mənbə bu ölkədəki atəşkəsin təcavükar səud koalisiyası tərəfindən pozulmasının davam etdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Yəməndə atəşkəs aprelin ikisindən icraya qoyulsa da səud koalisiyası hər gün onu pozur.
Yəməndəki hərbi bir mənbə dünən gecə bu ölkənin Əlməsirə telekanalı ilə müsahibədə bildirib ki, səud təcavüzkarları və onların muzdluları Yəməndə atəşkəsi ötən sutka ərzində 134 dəfə pozublar.
Bu hərbi mənbənin bildirdiyinə görə, atəşkəsin pozulma halları casusluq təyyarələrinin və qırıcıların Yəmənin Marib, Təiz, Həccə, Əlcuf, Səədə, Əlzalə və Əlbəyza əyalətlərinin səmasında uçuşlarına, eləcə də artilleriya və raket hücumlarına, həmçinin Marib, Həccə, Səədə, Əlzuləyə və Əlbəyza əyalətlərindəki hədəflərin atəşə tutulmalarına şamil olubdur.