May 30, 2022 14:08 Asia/Baku
  • Suriya
    Suriya

Suriyalı mənbələr Türkiyə ordusunun və onun tabeliyində olan ünsürlərin Suriyadakı bölgələrə qarşı artilleriya və raket hücumlarının davam etməsindən xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə qüvvələri Suriyanın şimal-şərqində yerləşən Əlhəsəkə vilayətinin Təll-Təmr qəsəbəsinin ətrafını və Əbu-Rasin qəsəbəsini artilleriya və raketlə hədəfə alıblar.

Türkiyə ordusunun Əbu-Rasin qəsəbəsinin qərbinə qarşı basqını zamanı kənd təsərrüfatı kooperasiyası bankına ziyan dəyib. Suriya vətəndaşlarından bəzilərinin mənzillərinə də xəsarət dəyibdir.

Suriyalı mənbələr bildiriblər ki, Türkiyə özünün Əlmahmudiyyə rayonunda yerləşən qanunsuz bazasından Rəəsüleynin cənubundan 35 kilometr aralıda yerləşən Alağbiş kəndinə tərəf artilleriya və raket hücumları edib.

Məlumatda deyilir ki, Türkiyənin kəşfiyyat təyyarələri intensiv şəkildə Türkiyə qüvvələrinin və onun tabeliyində olan ünsürlərin yerləşdikləri zolaq ilə Suriyanın ordu qüvvələrinin yerləşdiyi məkan arasındakı təmas xətləri boyunca, bölgənin səmasında uçmaqdadırlar.

Türkiyə ordusu terrorçularla mübarizə bəhanəsilə təqribən iki il yarım bundan öncədən Suriyanın şimal və şimal-şərq bölgələrindən bəzi hissələri işğal edib və bir qrup türkiyəli hərbçi həmin bölgələrdə iştirak etməkdə davam edir.

Suriya xalqı dəfələrlə aksiyalar keçirməklə Türkiyə qüvvələrinin bu ölkə ərazisindən çıxmalarını tələb edib. Suriya hökuməti də dəfələrlə Türkiyənin və QSD qüvvvələrinin Suriya ərazisindəki hərbi iştirakalarına etiraz edibdir.

 

Teqlər