Məhəmməd Əbdülsalam:
Atəşkəşin uzadılması humanitar əsaslarla qəbul edildi
Yəmən Milli Qurtuluş Hökumətinin müzakirə heyətinin rəhbəri verdiyi açıqlamada Yəməndə atəşkəsin uzadılmasına münasibət bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Milli Qurtuluş Hökumətinin müzakirə komandasının rəhbəri Məhəmməd Abdülsəlam verdiyi bəyanatda deyid: "Birləşmiş Millətlər Təşkilatı və digər tərəflərlə uzun müzakirələrdən və Ali Siyasi Şuranın prezidentinə beynəlxalq mesaj göndərdikdən sonra, son iki ayda tamamlanmayan işlərin başa çatdırılması şərti ilə və humanitar səbəblərə görə atəşkəsin uzadılmasını qəbul etmək mümkün oldu".
Yəmənin Milli Qurtuluş Hökumətinin müzakirə heyətinin rəhbəri vurğulayıb ki, bu atəşkəs, humanitar vəziyyətin hərtərəfli nəzərdən keçirilməsi üçün səud koalisiyasının iki ay ərzində öz öhdəliklərinə nə dərəcədə əməl etməsindən asılıdır.
Bu elə bir haldadır ki, Yəməndə atəşkəsin elan edilməsinə baxmayaraq, səud koalisiyası Yəmənin müxtəlif şəhərlərinə geniş hücumları ilə dəfələrlə bu razılaşmanı pozub.