İyun 12, 2022 11:15 Asia/Baku
  • İsrail beynəlxalq hüququ kobud şəkildə pozuur

Rusiya hökuməti sionist İsrail rejimi tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulmasını qətiyyətlə pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya XİN mətbuat katibi Mariya Zaxarova bəyan edib ki, İsrailin Suriya Ərəb Respublikasının ərazilərini atəşə tutmaqda davam etməsi beynəlxalq hüququn pozulmasıdır və qəbuledilməzdir. 

Onun sözlərinə görə, rəsmi Moskva Suriyanın mülki infrastrukturuna İsrail tərəfindən təxribat xarakterli hücumunu qətiyyətlə pisləyir. Zira belə məsuliyyətsiz hərəkətlər beynəlxalq aviasiya əlaqələri üçün ciddi risklər yaradır və günahsız insanların həyatı üçün təhlükə törədir.

Suriyanın insan haqları monitorinq mərkəzi iyunun 11-də məlumat verib ki, Dəməşqin beynəlxalq hava limanında hava hücumu nəticəsində törədilən zərərin aradan qaldırılması üzrə işlər davam etdirilir. Zərbə nəticəsində uçuş-eniş zolaqları, naviqasiya avadanlığı, rabitə qülləsi və sərnişinlərin VİP zalları zərər çəkib.

Suriyanın nəqliyyat nazirliyinin məlumatında deyilir ki, uçuşların dayandırılmasının səbəbi bir sıra texniki sistemlərdə nasazlığın baş verməsidir.

Teqlər