Sionist media: Qüdsdə xəbərdarlıq sistemləri kiberhücuma məruz qalıb
İvrit dilli media mənbələri işğal altındakı Qüds və Eylat şəhərlərində xəbərdarlıq sistemlərinin kiberhücuma məruz qaldığını bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstinin işğal olunmuş ərazilərinin müxtəlif bölgələri xüsusən də son aylarda sionist rejimin infrastrukturuna çoxsaylı kiberhücumların şahidi olub.
İRNA-nın məlumatına görə, sionist rejimin 13-cü kanalı bu gün bildirib ki, bazar günü Qüds və Eylatdakı xəbərdarlıq sistemləri kiber hücuma məruz qalıb.
Bəzi media mənbələri də dünən və ötən gecə işğal altındakı Qüds şəhərinin bəzi bölgələrində və işğal altındakı Fələstinin Eylat və Holon şəhərlərində bir neçə saat fərqlə təhlükə siqnallarının səsləndiyini bildiriblər.
Məlumata əsasən, sözü gedən şəhərlərin sionist sakinləri də raket hücumu qorxusundan sığınacaqlara gediblər.
Son aylarda sionist rejimin neft emalı zavodları, hərbi və neft-kimya mərkəzləri və avtobus terminallarında çoxsaylı yanğınlar baş verib.