Sionist hərbçilərin fələstinlilərə hücumunda onlarla nəfər yaralanıb
Fələstinli mənbələr sionist hərbçilərin Beyt-Ləhmin cənubuna hücumu nəticəsində onlarla nəfərin yaralandığını bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Sionistlər öz ekspansianist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edirlər. Onlar bu zaman fələstinliləri şəhid edir, yaralayır və ya məhbəsə atırlar.
Bu istiqamətdə, sionist hərbçilər Beyt-Ləhmin cənubunda yerləşən Əldəhişə düşərgəsinə hücum ediblər.
Həmin hücum nəticəsində düşərgənin Əlvəlciyyə məhəlləsində sionist hərbçilər ilə onlarla mübarizəyə gələn fələstinli gənclər arasında toqquşma baş verib.
Şahidlərin dediklərinə görə, sionist hərbçilər fələstinli gənclərə atəş açıb, onlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə onlarla nəfər yaralanıb.
Ondan qabaq İsrail rejiminin topla təchiz edilmiş qayıqları fələstinli balıqçılara atəş açmış, Qəzzə zolağının şimalında bir neçə balıqçı qayığına qarşı su şırnağından istifadə etmişdilər.
İşğalçı sionist hərbçilər çərşənbə axşamı günü səhər də Ceninin cənubunda yerləşən Qəbatiyyə qəsəbəsinə hücum ediblər. Bu təcavüz nəticəsində onlarla/ fələstinli gənclər arasında şiddətli toqquşma baş verib.
İsrail rejimi ordusu və hərbçilərinin xüsusən İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumları son aylarda kəskin şəkildə artıbdır.