Əmir-Abdullahiyan: İran İsrailə Tel-Əvivdə cavab verəcək
İranın xarici işlər naziri Dəməşqdə müxtəlif Fələstin qrupların nümayəndələri və rəhbərləri ilə görüşündə vurğulayıb ki, İran İslam Respublikası istədiyi vaxt sionist rejimə Təl-Əvivdə cavab verib.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan bu görüşdə deyib: "Sionist rejimin İranın Türkiyədə israilli turistləri hədəfə almaq cəhdi ilə bağlı iddiası bu rejimin uydurma ssenarisidir.
İranın xarici işlər naziri Tehranın Təl-Əvivə qarşı mövqeyinin kifayət qədər aydın olduğunu qeyd edərək, əlavə edib ki, saxta İsrail rejiminin bir neçə turisti İran üçün önəmli deyil və bu anti-İran rejiminin iddiaları sadəcə saxtadır.
O, İranın Fələstinə qarşı mövqeyinin heç vaxt dəyişməyəcəyinə də vurğulayıb.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan şənbə günü Suriyanın yüksək səviyyəli rəsmiləri ilə danışıqlar aparmaq üçün Dəməşqə gedib və prezident Bəşşarr Əsəd və Suriyanın xarici işlər naziri Feysəl Miqdad ilə görüşüb, ikitərəfli və regional məsələləri müzakirə edib.