Fələstinlilər Baydenin regiona səfərini pisləmək üçün kütləvi nümayişlərə çağırıblar
Fələstinli fəallar Amerika prezidentinin bölgəyə səfərini pisləmək üçün genişmiqyaslı etiraz aksiyalarına çağırıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Sabah, cümə axşamı Ramallah şəhərinin Əl-Minarə meydanında başlayacaq bu nümayiş Fələstin xalqının, sionist rejimin işğalına dəstək verən mövqeləri rədd etdiyini bəyan edəcək.
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın sözmüsü Hazim Qasım bir bəyanatda, bildirib ki, ABŞ prezidenti Co Baydenin bölgəyə səfəri yalnız Fələstin məsələsinin zərərinə olacaq və sionistlərin bölgədəki maraqlarına xidmət edəcək.
Qasım bu bəyanatda qeyd edib ki, Baydenin səfəri regionda fikir ayrılıqlarını gücləndirmək və sionist layihəsini və onun ekspansionist siyasətlərini qorumaq üçün yeni birləşmələr yaratmaq məqsədi daşıyır və bu, Fələstin xalqının canlı qüvvələrini hədəfə alır.
Hazim Qasım sionist rejim və Amerika siyasətlərini rədd edən ölkələri, qurumları və partiyaları mövqelərini birləşdirməyə və ərəb xalqı daxilindəki müqavimət qüvvələri arasında əlaqələri gücləndirməyə və inkişaf etdirməyə çağırıb.