Rəsmi Bağdadın səbir kasası daşdı
İraq Türkiyədən BMT Təhlükəsizlik Şurasına şikayət edib
İyul 21, 2022 16:15 Asia/Baku
İraqın şimalında Dəhuk əyalətinə raket və artileriya hücumu və burada onlarla mülki şəxsin ölümü və yaralanmasından sonra rəsmi Bağdad BMT TŞ-a şikayət edib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İraqın baş naziri Mustafa əl-Kazimi hadisədən sonrakı çıxışında deyib.
O bildirib ki, “Türkiyənin İraqda bu və digər qanun pozuntuları ilə bağlı hesabat BMT TŞ-a təqdim ediləcək.”
Qeyd edək ki, ötən gün Dehuk əyalətində istirahət mərkəzlərinin birinə artileriyadan şiddətli zərbələr endirilib.
İraqın müxtəlif bölgələrində eləcə də Bağdadda Türkiyə səfirliyi qarşısında bu hücuma etiraz olaraq aksiyalar keçirilib.
Türkiyə Ordusu İraq hökumətini hücumla bağlı birgə araşdırma qrupu yaratmağa çağırıb.