Avq 08, 2022 11:36 Asia/Baku
  • Şəhidlərin sayı 44-ə çatdı

Qaniçən və işğaıçı sionist rejimin Qəzzədə dinc əhaliyə qarşı qəddarlığı qurban almaqda davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, İsrailin Qəzzəyə hücumunda şəhid olanların sayı artıb, yekun rəqəm açıqlanıb. Belə ki, üç günlük hücum nəticəsində şəhidlərin sayı 44-ə çatıb.

 

Bu barədə Qəzzədə Səhiyyə Nazilriyi məlumat yayıb.

Bildirilib ki, son üç gündə İsrailin Qəzzəni bombalaması nəticəsində şəhid olanların sayı 44-ə çatıb. Bu hücumda yaralananlar 360 nəfər təşkil edir. Qurbanlarının böyük əksəriyyəti qadınlar, uşaqlar və qocalar da daxil olmaqla mülki şəxslərdir. Şəhidlərin 15-i isə uşaqdır.

İsrail mətbuatının məlumatına görə bu müddət ərzində fələstinli hərəkatlar da mindən çox raket və mərmi atıblar. İsraildə azı 10 nəfərin yaralandığı və cavab atəşi nəticəsində külli miqdarda maddi ziyanların qeydə alındığı bildirilir.

Teqlər