Misirdəki kilsədə yanğın nəticəsində onlarla nəfər ölüb və yaralanıb
Misirin Gizə vilayətindəki əl-Munirə kilsəsində baş verən yanğında qırx bir nəfər ölüb, qırx bir nəfər də yaralanıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, Dünya katoliklərinin lideri- Roma Papası ilə telefon əlaqəsində bu hadisədən təəssüfləndiyini bildirən Misir prezidenti hadisədə onlarla insanın həlak olması münasibətilə papaya başsağlığı verib.
Əbdülfəttah Əssisi bu haqda deyib: Mən Əl-Munirə kilsəsində baş vermiş kədərli hadisəni və cari olayları yaxından təqib edirəm.
Misir Daxili İşlər Nazirliyi yanğının səbəbini, kilsənin kondisioner kanalında qsa qapanma adlandırıb.
O, deyib ki, kilsə binasının ventilyatoru və soyuducu kanalında baş verən yanğından irəli gələn qalın tüstü, bu qədər insanın ölməsi və bədən xəsarəti almasına səbəb olan əsas amildir.